Dövrümüzdə hər əlinə qələm alan özünü İslam alimi sanıb, din kitabı yazmağa çalışır. İslam bilgilərindən xəbəri olmadığı üçün ağlına gələni yazır. Çənəsi güclü olanlar kürsülərdə ehtimal və xəyallarla danışır. Bu gün gənclər qəhrəman əcdadından ona miras qalan müqəddəs dinini öyrənmək istədikdə, uydurma təfsirləri, islam düşmənlərinin kin və qərəzlə, ingilis və yəhudi dilində və ya digər dillərdə yazdıqları kitablardan tərcümə edilmiş islam tarixini, cahillər və ya din sataraq pul qazanmaq istəyən münafi qlər tərəfi ndən hazırlanmış kitab və jurnalları oxumaq, yaxud dinlə əlaqəsi olmayan qəzetlərdən dini bilgi əldə etmək məcburiyyətində qalırlar.
Halbuki dinimizdə Bəni İsrailin Peyğəmbərləri kimi çox sayda və çox yüksək alimlər yetişmiş və bunların yazdıqları minlərlə kitab İslamiyyəti bütün dünyaya anlatmış və tanıdmışdır. Doğru olan islam bilgilərinə “Əhli-sünnət” yolu deyilir. Bu xüsusda ətraflı məlumat almaq istəyənlərə türkcə “Səadəti-əbədiyyə” kitabını oxumağı tövsiyə edirik. Bir-birinin ardınca satışa çıxarılan və bəzəkli kəlimələrlə rəğbət qazanan zəhərli kitab və məcmuaları oxuyaraq müsəlmanlığı yanlış və tam fərqli anlamaqdan din qardaşlarımızı və müsəlman övladlarını qorumaq üçün Süleyman ibn Cəzanın Hənəfi məzhəbindəki böyük islam alimlərinin kitablarından seçmiş olduğu və “Ey Oğul” adını verdiyi elmihalın yenidən çap və nəşr edilməsini lazım gördük.